“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib

"2018-ci ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib".

Metbuat.az-ın məlumatına görə, bunu "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib. Onun sözlərinə görə, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə dekabr ayında həyata keçirilən ixracın dəyəri isə 11 milyon ABŞ dolları olub (27 dekabr tarixinədək olan statistikaya əsasən): "Sertifikat verilən məhsullar Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Polşa, İran, Almaniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Yaponiya, İsrail, ABŞ, İspaniya, Çin, Avstraliya və Qətər daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizinin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR