“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Məmmədli kəndində baş verib.
Belə ki, kəndə gələn təqaüdçü Aypara Mütəllimova dükanlardan birindən ət almaq istəyərkən naməlum şəxs onun portmanatını götürərək qaçıb. Hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı soyğunçuluq cinayətini törədən 25 yaşlı Ruhan Zülfüqarov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.
Daha əvvəl Abşeron və Binəqədidə 18-dən çox mənzildən oğurluq edən şəxslər saxlanılıb.

