"Report" ESPN-ə istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri məlumat verib.
67 yaşlı mütəxəssis sosial şəbəkələrdə futbolçuya qarşı təhqiramiz ifadələr işlədildiyini deyib: "Klub Kamaraya lazım olan bütün dəstəyi verəcək. İrqçiliyə yol verənlər barədə sərt tədbirlər görüləcək".
Qeyd edək ki, Abubakar Kamara sözügedən qarşılaşmanın 82-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirə bilməyib. Aleksandr Mitroviç 90-cı dəqiqədə fərqlənməklə "Fulhem"ə qələbə qazandırıb.