Aramsız yağışlar daşqınlara səbəb oldu

Aramsız yağışlar daşqınlara səbəb oldu
08:36 14 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub, cənub-qərb hissələrində yağan aramsız yağışlar və qasırğa daşqınlara səbəb olub. Əsasən, Antalya və Dənizlidə sakinlər təbii fəlakətdən əziyyət çəkiblər. Demre rayonundan onlarla evi və təsərrüfat sahəsini su basıb. Bəzi yerlərdə suyun hündürlüyü 1 metrə çatıb. Yollarda toplanıb qalan su nəqliyyatın hərəkətinə mane olub.

Bir neçə bölgə şəhər mərkəzindən tamamilə təcrid olunub. Xilasedicilər suların əsarətində qalan insanları təxliyə etmək üçün fəaliyyətə başlayıblar. Sürəti saatda 145 kilometrə çatan şiddətli küləklər isə, evlərin damını dağıdıb. Ağacların avtomobillərin üzərinə aşması nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Sahil bölgələrdə isə, dalğalarln hündürlüyü 2 metrə çatıb.

Eyni zamanda, Zonquldak və Sakarya vilayətlərində də daşqınlar müşahidə olunub. Hər iki vilayətdə bir neçə yerdə torpaq sürüşməsi qeydə alınıb. Xoşbəxtlikdən sürüşmə nəticəsində insan itkisi yaşanmayıb.

Ölkənin hava xidməti bürosu bölgədə pis hava şəraitinin bu gün axşamdan etibarən düzələcəyini proqnozlaşdırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR