Ermənistan ordusunun 80-ə yaxın əsgəri

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində qışın gəlməsi ilə əlaqədar xəstələrin sayı kəskin surətdə artıb.

Metbuat.az AZƏRTAC-a istinadla xəbər verir ki, qar yağması və soyuqların düşməsi aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün ciddi bəlaya çevrilib.

Yerli KİV-lərdə yer alan xəbərlərdə qeyd olunub ki, son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR