"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu

Bakı metrosunun "Sahil" stansiyasında eskalator dayanıb.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eskalatorun dayanması sərnişinin səhvi üzündən baş verib: "Sərnişinlərdən biri stansiyada yeni quraşdırılan eskalatorun təhlükəsizlik fırçaları ilə palçıqlı ayaqqabılarını silib. Nəticədə eskalator dayanıb. Dərhal digər eskalator hərəkətə salınıb".

B.Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, eskalator palçığa reaksiya verib və buna görə dayanıb: "Hazırda problem aradan qaldırılıb və həmin eskalator da təmizlənəndən sonra hərəkətə gətirilib".

Milli parklara 79997 turist səfər edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR