Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə Nümayəndəliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.

Qoy bu əlamətdar gün qürur, sevinc və sülh, firavanlıq, tərəqqi dolu gələcəyə yeni ümidlər gətirsin”, – paylaşımda bildirilib.