Bakıda maşınları qaçıran şəxs tutuldu - Oğru uşaq imiş - FOTO
Paylaş
78 baxış·1 dəq oxu
DİN-dən Milli.Az-a verilən xəbərə görə, Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus "Hundai" markalı avtomobilin evinin qarşısından naməlum şəxs tərəfindən qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib.Dərhal Şöbədə araşdırmalara başlanılıb, hadisə yerinə baxış keçirilib və qeyd edilən oğurluq hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 2004-cü il təvəllüdlü İ.H saxlanılıb.O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını bidirib.Araşdırma zamanı saxlanılan şəxsin dekabr ayının 16-da Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus "Opel" markalı avtomobili qaçırdığı da məlum olub.Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.Pünhan Mirzə Milli.Az