10:31Qırğızıstana məxsus "Boing 707" yük təyyarəsi İranın paytaxtı Tehranın Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb.Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.Onun sözlərinə görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.Məlumata görə, təyyarədə 10 sərnişin olub.Hadisə yerinə 1 vertolyot və 10 təcili yardım maşını, 6 xilasetmə qrupu ezam olunub.---------
10:04İranda təyyarə qəzası baş verib.Milli.Az bildirir ki, Sputniknews-un son dəqiqə xəbərinə görə, Boeing-707 təyyarəsi Tehran yaxınlığında qəzaya düşüb.İranın Kərəc hava limanının yaxınlığında baş verən qəzanın səbəbi bilinmir.Təyyarə yük daşıması həyata keçirirmiş. Hava gəmisində 10 nəfər olub.Hələlik itkilər barədə məlumat yoxdur.Bəxtiyar Umarlı
Milli.Az