​İran hakimiyyəti ABŞ-la danışıqları

İran hakimiyyəti ABŞ-la danışıqları istisna etmir.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, prezident Həsən Ruhani bəyan edib ki, Vaşinqton Tehrana qarşı sanksiyaları aradan qaldırarsa, onda “Ağ ev”lə müzakirələr aparıla bilər. “Biz Birləşmiş Ştatlara izah etməliyik ki, bu yol heç yerə aparmır. İranla dialoq üçün daha münasib yollar var” - deyən Ruhani, Vaşinqtonun İran xalqına hörmət etməli olduğunu bildirib:

“ABŞ sanksiyalar vasitəsilə İrana qarşı iqtisadi təzyiqlər göstərir. Amma biz sanksiyalardan qorxmuruq və qarşıya qoyduğumuz məqsədlərdən geri çəkilməyəcəyik”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR