Yeni müharibənin cəbhələri hazırdır: Rusiya və Türkiyə Aralıq dənizində...

Yeni müharibənin cəbhələri hazırdır: Rusiya və Türkiyə Aralıq dənizində...
10:48 16 Yanvar 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

7 ölkə tərəfindən “Şərqi Aralıq dənizi Qaz Forumu”nun qurulması ilə bölgədə təklənən Türkiyə yeni həmlələr etməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Energetika İqtisadiyyatı Dərnəyinin sədri Gürkan Qumbaroğlu deyib.

Professor bildirib ki, bu təşəbbüs Aralıq dənizini iki yerə böləcək. Buna görə də Türkiyə bölgədəki qruplaşmaya qarşı yeni “Şimal-şərqi Aralıq dənizi Qaz Forumu”nu qurmalıdır.

İtaliya, İordaniya, Cənubi Kipr, İsrail, Fələstin, Misir və Yunanıstanın qurduğu bu yeni birliyə qarşı Türkiyə də Şimali Kipr Türk Cümhuriyyəti, Livan və Suriya ilə razılaşaraq əks mövqe sərgiləyə bilər: “Suriyanın sahil sularında neft və təbii qaz axtarışları haqlarını əlində saxlayan Rusiya da bu birlikdə Suriyanın adından iştirak edər. Qarşı tərəfin atdığı addıma Türkiyə də öz imkanları və qabiliyyətləri çərçivəsində mütləq cavab verməlidir. Bu ölçüdə, Türkiyə "Şimal-şərqi Aralıq dənizi Qaz Forumu"na rəhbərlik edə bilər. Bu quruluşun mərkəzi isə Şimali Kipr ola bilər. Hər iki cəbhədə potensial var. Bu potensialı hərəkətə keçirmək üçün milli və beynəlxalq təbii qaz təşəbbüslərinin Aralıq dənizi sahillərinə və Şimali Kiprə gətirilməsi milli maraqlara xidmət edəcək”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/266350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR