Dağıstanda bir çox yaşayış məntəqələri fırtınaya görə işıqsız qalıb
Paylaş
·57 baxış·1 dəq oxu
Bakı. 16 yanvar. REPORT.AZ/ Dağıstanın dağlıq bölgələrində fırtına üzündən 120-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu gün səhər saat 9-da küləyin qəfildən 20-25 m/s-dək artması nəticəsində hazırda 7 inzibati rayonun elektrik təchizatında çətinliklər yaranıb. Xatırladaq ki, Azərbaycanda da güclü külək gözlənilir.