“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas bildirib.
O, hal hazırda başqa heç bir şey edə bilməyəcəklərini qeyd edib: “Böyük Britaniyanın sonrakı addımları haqqında xəbər gözləyirik”.
Qeyd edək ki, ötən gün Böyük Britaniya Parlamenti "Brexit" haqqında sazişin Baş nazir Tereza Mey tərəfindən təqdim edilən layihəsini rədd edib.