Qüdsə qar yağdı - VİDEO

Qüdsdə bu yerlər üçün nadir sayılan təbiət hadisəsi baş verib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən məlumat verir ki, ötən gecədən başlayaraq, bölgəyə qar yağır. Məscidul-Əqsa və digər yerlərdə qarın hündürlüyü artıq bir neçə santimetrə çatıb. Əlverişsiz hava hələlik Qüdsdə ciddi fəsadlar törətməyib.

Yerli sakinlər əsasən də uşaqlar qarın yağmasını sevinclə qarşılayıblar. Qeyd edək ki, sonuncu dəfə Qüdsə qar 4 il əvvəl yağmışdı.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR