Danimarka Birləşmiş Ərəb Əmirliklərinə silah tədarükünü dayandırıb.
Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, bu ölkənin Xarici İşlər naziri Anders Samuelson bəyan edib ki, qərara səbəb əmirliyin Yəməndəki humanitar böhranda fəallıq göstərməsidir.
Diplomat qeyd edib ki, Əbu-Dabi Yəmən münaqişəsinə müdaxilə etdiyindən. Kopenhagen əmirliyə silah satışını Davam etdirə bilməz.
Sübhan / METBUAT.az