Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir

Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir
09:05 18 Yanvar 2019
47 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın gündəlik xam neft hasilatı artıb.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 200 min barrel artaraq sutkada 11,9 milyon barrel təşkil edib. Bu, ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.Birləşmiş Ştatların gündəlik neft hasilatında son 53 həftənin 42-də artım qeydə alınıb.EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı gələn il sutkalıq orta hesabla 12,1 milyon barrel təşkil edəcək.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/722110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR