Mövlud Çavuşoğlu: TANAP Türkiyənin prioritetidir

Mövlud Çavuşoğlu: TANAP Türkiyənin prioritetidir
11:03 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Trans-Anadolu boru kəməri (TANAP) layihəsi Türkiyə üçün prioritetdir. Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Trend xəbər verir ki, məlumatı Türkiyənin “Özelhaberler” xəbər portalı yayıb.

Nazirin sözlərinə görə, TANAP Azərbaycan, Gürcüstan və Avropa ölkələri üçün də vacibdir.

M.Çavuşoğlu qeyd edib ki, Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasından sonra Avropaya qaz tədarükü təmin ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR