Tailandlılardan qəribə aksiya: alt paltarlarını başlarına keçirdilər

Tailandın paytaxtı Banqkokda havanın çirkli olması insanların bu şəhərdə yaşamasını mümkünsüz edib.

Metbuat.az sputnik.az-a istinadən xəbər verir ki, bu şəhərdə yaşayanlar havanın çirkindən qorunmaq üçün küçəyə çıxan zaman üzlərinə maska taxırlar. Apteklərdə maska bitdiyindən yerli əhali çirkli havadan qorunmaq üçün maraqlı üsula əl atıb. Onlar alt paltarlarını maska əvəzinə işlətməyə başlayıblar.

Başına alt paltarı keçirmiş bankoklu

Qeyd edək ki, hökumət yağış texnologiyası ilə havanın çirklənməsini qismən azaltmağa çalışır. Amma bu yetərli olmur. Bu şəhərdə adambaşına 36-56 mikroqram toz və çirk düşməli olduğu halda, bu rəqəm 114-175 mikroqrama çatır.

Başına alt paltarı keçirmiş bankoklu

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR