Çirkli su içən heyvanlar niyə xəstələnmirlər?

Sənədli filmlərdə də tez-tez gördüyümüz kimi, heyvanlar əksər hallarda çirkli su qaynaqlarından su içirlər. Bəs necə olur ki, sudakı mikroblar onlara zərər vermir?

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, əslində bu mövzuda həqiqət düşündüyümüzdən fərqlidir.

Heyvanlar alternatif bir variantları olmadığı üçün çirkli suyu içmək məcburiyyətindədilər. Davamlı olaraq eyni növ sudan istifadə etdikləri üçün onlarda bu suya qarşı immunitet yaranmış olur. Lakin su qaynağının anidən dəyişməsi xəstəliyə və ölümə səbəb ola bilir.

Bir çox insan vəhşi təbiətdəki su mənbələrinin çox çirkli olduğunu düşünsə də, əslində durum o qədər də faciəvi deyil. Su qaynaqlarında bəzi bakteriyalar olsa da, insan və heyvan sağlığına təhlükəli olacaq qədər deyil.

Eyni zamanda heyvanlar su qaynaqlarını dəyərləndirmə mövzusunda insanlardan daha bacarıqlıdılar. İnkişaf etmiş qoxu alma bacarıqları da onlara kömək olur. Təkamül davamlı olaraq çirkli su içə bilən heyvanların həyatda qalmasını və nəsil artırmasını təmin edərək bu bacarıqların nəsildən nəsilə keçməsinə səbəb olub.

Digər tərəfdən, bir heyvanın xəstə olub-olmadığını sənədli filmləri izlədiyimiz zaman anlaya bilmərik. Yəni heyvanlar da bəzən çirkli su içərək xəstəliyə tutula bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı