Ukraynada tanklar Rusiya yanacağı ilə doldurulur – Lukaşenko

Ukraynada tanklar Rusiya yanacağı ilə doldurulur – Lukaşenko
17:53 18 Yanvar 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynaya gələcəkdə hərbi hədəflərdə istifadə olunması üçün dizel yanacağını çatdırması barədə informasiyanı şərh edib.

Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, Lukaşenko Ukraynada tankların Rusiya yanacağı ilə doldurulduğunu bildirib.

Prezidentin sözlərinə görə, Ukraynaya benzin və dizel yanacağını həcmini daim artıraraq rusiyalılar çatdırırlar.

O qeyd edib ki, Belarus tərəfindən təchizatın həcmləri aşağı düşür.

"Sadəcə, bizi Ukrayna bazarından itələyirlər. Və yalnız neft məhsulları üzrə deyil. Həm də gübrələr və başqa məhsullar. Rəqabət gedir”, - dövlət başçısı söyləyib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/266673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR