Buxarestdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq

Buxarestdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq
20:12 18 Yanvar 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası Buxarest şəhərində yanvarın 31-dək fevralın 1-dək keçiriləcək xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün (Gymnich) gündəliyini açıqlayıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüşün gündəliyinə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı, Suriyadakı vəziyyət və Çinlə münasibətlər məsələləri daxildir.
Bu kimi qeyri-rəsmi görüşlər ildə iki dəfə Aİ Şurasının sədrliyini yerinə yetirən ölkədə keçirilir.
Qeyd edək ki, Aİ tərəfindən 2009-cu ildə başlanmış "Şərq Tərəfdaşlığı" proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/avropa-i-ttifaqinin-serq-terefdasligi-proqrami-muzakire-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR