Ərdoğan və Tramp telefonla Suriyada təhlükəsizlik zonaları barədə danışıb

Ərdoğan və Tramp telefonla Suriyada təhlükəsizlik zonaları barədə danışıb
07:29 21 Yanvar 2019
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Tural Turan - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon söhbəti edib. Trend-in məlumatına görə, iki ölkə lideri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.

Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

Ərdoğanın Mənbicdəki terror aktı zamanı həlak olunan ABŞ hərbçilərinin həlak olması ilə bağlı Trampa baş sağlığı verib. Ərdoğan bu hadisənin ABŞ Prezidentinin Suriyadan qoşunlarını çıxartmaq qərarına təsir etmək üçün yönəldiyini əlavə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3008181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR