İngiltərə kraliçası II Yelizavetanın həyat yoldaşı şahzadə Filipp avtomobil qəzası keçirdikdən iki gün sonra yenidən yol hərəkəti qaydalarını pozub.

Publika.az xəbər verir ki, şahzadə təhlükəsizlik kəməri taxmadan avtomobil idarə edib.

97 yaşlı şahzadə yol polisi tərəfindən saxlanılıb. Polis ona təhlükəsizlik kəmərindən istifadə etməsi ilə bağlı xəbərdarlıq edib. Lakin ona cərimə yazılıb-yazılmaması il bağlı bilgi verilməyib.

İngiltərə şahzadəsi polis tərəfindən saxlanıldı: avtoqəzadan 2 gün sonra... - FOTO

Qeyd edək ki, İngiltərədə yol hərəkəti qaydaları nizamnaməsinə əsasən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 100 funt-sterlinq (təxminən 130 dollar) cərimə ödəməlidir. Məsələ məhkəməyə qədər uzanarsa, bu zaman cərimə məbləği 500 dollara qalxır.

Xatırladaq ki, şahzadə Filippin avtomobili bir neçə gün öncə başqa bir avtomobillə toqquşmuş, hadisə nəticəsində sadəcə digər avtomobilin sürücüsü yüngül xəsarət almışdı. 49 yaşlı sürücü mediaya verdiyi açıqlamada şahzadənin və ailəsinin ondan üzr istəmədiyini bildirib.

Zümrüd