“Report” xəbər verir ki, “TurStat" analitik agentliyi “Beynəlxalq Qar Günü” ilə əlaqədar sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, Azərbaycan Şahdağ və Tufandağ kompleksləri ilə 16% səs toplayaraq 3-cü yerdə qərarlaşıb.
Siyahıda ilk yeri 32% səslə "Siliçi" və "Logoisk" mərkəzləri ilə Belarus tutub. Qazaxıstanın "Çmbulak" kurort mərkəzi 23% səslə ikinci yerə layiq görülüb.