Sumqayıta aptekin qarşısında ÖLÜM

Sumqayıta aptekin qarşısında ÖLÜM
10:22 22 Yanvar 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda aptekin qarşısında kişi meyiti aşkarlanıb.Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində, Sumqayıt şəhəri 40-cı məhəllədə qeydə alınıb. Aptekə girmək istəyən təqribən 70-75 yaşlı kişi hər kəsin gözü qarşısında qəfil yerə yıxılaraq orada dünyasını dəyişib.Sumqayıt şəhəri Təcili Tibbi Yardım stansiyasından Trend-ə verilən məlumata görə, ölən şəxsin üzərində onun kimliyini təsdiq edən sənəd olmadığından şəxsiyyəti müəyyən etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə səbəb ürəktutması olub.Ölən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilərək morqa göndərilib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/723443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR