Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 23 Yanvar 2019-cu il tarixində saat 11:00-da İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Metbuat.az xəbər verir ki, nazir İmişli, Beyləqan, Saatlı və Sabirabad rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Kompüter arxasında əyləşənlər, beliniz ağrıyırsa OXUYUN - Həkim rəyi