Argentinalı futbolçunun olduğu təyyarə

Uelsin "Kardif" klubunun yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Fransa "Nant"ından ayrılan argentinalı hücumçu Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq "The Piper Malibu" adlı özəl təyyarə ilə 20 saatdan çoxdur ki, əlaqə itib. Təyyarə mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.

Fransa polisi futbolçunun təyyarəyə mindiyini təsdiqləyib. İki helikopter və gəmilər axtarışa başlayıb. "Kardiff Siti"nin prezidenti Mehmet Dalman bildirib ki, təyyarə ilə La Manş boğazında əlaqə kəsilib.
Fransalı jurnalist Arnaud Vaydzik Tviiter səhifəsində yazıb ki, Nantdan Kardiffə gedərkən qəzaya uğrayan təyyarədə Emiliano Sala da olub

Qeyd edək ki, İngiltərə Premyer Liqasa çıxış edən "Kardiff" Emiliano Salanı "Nant"dan 20 milyon avroya transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR