İran ABŞ-a zərbə endirəcək - Şok hesabat

İran ABŞ-a zərbə endirəcək - Şok hesabat
20:27 23 Yanvar 2019
84 Dünya
Ölkə mətbuatı
A- A+

2019-cu ildə İranın nüvə razılaşması çərçivəsində risklər çox ciddidir, konfliktin eskalasiyası üçün şərtlər yetərli qədərdir.Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq Böhran Qrupunun hesabatında yer alıb. Hesabata əsasən, İran hansısa toqquşma olmadan nüvə razılaşmasından imtina etməyəcək. Təşkilat ABŞ-ın yeni sanksiyalarından sonra İranın Vaşinqtona zərbə vurmağa cəhd edəcəyini və böyük ehtimalla bunun üçün hərbi vasitələrdən istifadə edəcəyini bildirib:"İran çalışır ki, günahı birbaşa ABŞ-ın üzərinə atsın. İranlılar əmindir ki, 2021-ci ilə qədər ayaq üstə qala biləcəklər.Bununla belə İran ABŞ-ın nüvə razılaşmasından sonra müqavilənin şərtlərini daha yaxşı icra etməyə başlayıb. İran ABŞ-a fəaliyyət üçün hansısa bəhanə vermək istəmir. Müqavilənin digər iştirakçıları da müxtəlif bəhanələrlə razılaşmanı ayaq üstə saxlamağa çalışır. Əgər 2020-ci ildə Trampı hansısa demokrat əvəz etsə belə, nüvə razılaşmasına dönmək çox çətin olacaq".Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR