O bizi xərçəngə aparır! - 1,2 milyon qadının analizləri və təhlükəli nəticə

O bizi xərçəngə aparır! - 1,2 milyon qadının analizləri və təhlükəli nəticə
23:52 23 Yanvar 2019
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər gün 25-30 qr ət yeyən insanda gün ərzində bu məhsullardan 5 qr istifadə edənlərlə müqayisədə süd vəzi xərçəngi riski 9% artmış olur. Alimlər bu fikrə 1,2 milyon qadın üzərində apardıqları araşdırmanın nəticələrini analiz edərək gəliblər. Milli.Az medicina.az-a istinadən bildirir ki, şişin yaranma səbəbi emal olunmuş ətin tərkibində natrium nitrit (Е250) maddəsinin olmasıdır. Bu komponent  kolbasa, sosis, vetçina, turşular, hot-doq, konserv və ət souslarının tərkibində çox rast gəlinir. Bu maddə ət məmulatlarının tərkibinə dadını artırmaq və saxlanma müddətini uzatmaq üçün vurulur. Daha əvvəllər gün ərzində 50 qr işlənmiş ət məhsulu istifadə etməyin bağırsaq xərçəngini 18%-dək artırdığı məlum olub. Ekspertlər həmçinin bu zaman mədəaltı vəzin və prostat xərçənginin yaranma riskinin artdığını da bildirirlər.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/723838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR