Yüksəktexnologiyalı çamadan elan edilib

Yüksəktexnologiyalı çamadan elan edilib
11:21 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vaxtının çox hissəsini səyahətlərdə keçirən insanlar üçün evdən uzaqda istifadə üçün məhsullar (məsələn, internetə çıxışa malik “Pluggage” çamadanı) daha uyğundur.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Fransanın çamadan istehsalçısı internetə qoşulan çamadanın işçi prototipini elan edib. İndi “Delsey” şirkəti öz yeni məhsulunu sınaqdan keçirir və potensial alıcıların fikri ilə maraqlanır. “Pluggage” satışa çıxarılmazdan əvvəl şirkət onun yüksəktexnologiyalı çamadanı üçün özəlliklərin seçimində kömək etməyi xahiş edir.
Aşağıdakı seçimlər təklif edilir:
  • Çəkinin avtomatik ölçülməsi: tətbiq baqajın çəkisi haqda məlumat verəcək
  • Ani enerji doldurma: elektrik rozetkası olmayan yerlərdə smartfonun batareyasını enerji ilə doldurmaq imkanı
  • Göyərtədə aşkarlanma: tətbiq sizi çamadanın göyərtəyə yerləşdirilməsi haqda məlumatlandıracaq
  • Daxili işıqlandırıcı: çamadanı açdıqda onun daxili işıqlandırılır
  • Uçuş haqda informasiya: uçuş haqda informasiyanın verilməsi
  • Barmaq izlərinin skaneri: çamadanın açılması və ya tətbiqin işə salınması vaxtı fərdi məlumatlar və şəxsi əşyaların əlavə müdafiəsi
  • Bloklama: çamadanın kənar şəxslər tərəfindən açılması haqda bildiriş
  • Hava proqnozu: uçuş yeri haqda informasiyanın verilməsi
  • Daxili dinamik: sevimli musiqini dinləməyə imkan verir
 
Şirkətin saytında bəyəndiyiniz seçimə səs verə bilərsiniz.

Emil Hüseynov
 
 
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR