"Qarabağ"ın futbolçusu Polşa klubu ilə oyunu su polosu matçına bənzədib

"Qarabağ"ın futbolçusu Polşa klubu ilə oyunu su polosu matçına bənzədib
10:17 24 Yanvar 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Yakub Jezniçak Türkiyənin Antalya bölgəsində Polşanın “Pyast” komandası ilə keçirilən yoxlama oyunundan sonra maraqlı paylaşım edib.
“Report” xəbər verir ki, 33 yaşlı polşalı mərkəz müdafiəçisi güclü yağış altında baş tutmuş görüşü su polosu matçına bənzədib. O, şəxsi “Twitter” hesabında bunları yazıb: “Bu gün “Qarabağ” və “Pyast” komandaları arasında keçirilmiş su polosu matçında heç-heçə qeydə alınıb”.
Qeyd edək ki, oyun "Gloria Sports Arena"nın əsas meydanında başlayıb. Lakin güclü yağış üzündən ikinci hissədə komandalar ehityat meydandan yararlanmalı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

W dzisiejszym meczu Piłki wodnej pomiędzy @FKQarabagh vs @PiastGliwiceSA padł wynik remisowy fot. @FotoPyK pic.twitter.com/HyGR0n1lbj— Jakub Rzeźniczak 52 (@JakubRzezniczak) 23 января 2019 г.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yakub-jeznicakdan-su-polosu-paylasimi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR