Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elməddin Diniyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Report"un məlumatına görə, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ötən ilin oktybar ayında Bakının Nizami rayonu Qara Qarayev prospektində baş verib.
Həmin prospektində Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Diniyev Elməddin Ramiz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd İsbəndiyarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.