“Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər davam edir

Avropa Şurasının “Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində “Hilton Baku” otelində Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təlimlər davam edir.

Metbuat.az xəbər verir ki, təlimlər beynəlxalq və yerli ekspertlər tərəfindən aparılır. Layihənin əsas məqsədi mediada və media vasitəsilə gender bərabərliyinin təşviqinə nail olmaqdır.

Yanvarın 25-də təşkil olunacaq təlim jurnalistika fakültələrinin magistr və doktorantura, eləcə də sonuncu kurs tələbələri üçün nəzərdə tutulub. Təlimlər “Gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media azadlığı: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin mediada işıqlandırılması”, “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və çağırışlar” adlı 5 sessiya çərçivəsində 09:30-dan 18:00-a qədər keçiriləcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR