“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa etdiyi “SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləməyə başlayacaq. Zavodun direktoru Xəyal Cəfərovun sözlərinə görə, tam gücü ilə işləməyə başlayandan sonra ixrac üçün imkan da yaranacaq.

Metbuat.az AzərTAc-a istinadən xəbər verir ki, müəssisə hədəf kimi əvvəlcə daxili tələbatın ödənilməsini seçib. Xəyal Cəfərov bildirib ki, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək. Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bundan başqa, Qara dəniz ölkələrinin, xüsusilə Ukrayna və digər ölkələrin şirkətlərinin də karbamidə tələbatı var.

İxracın həm yük avtomobilləri, həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə həyata keçiriləcəyini qeyd edən direktorun sözlərinə görə, hazırda BTQ-yə birləşdiriləcək təxminən 800 metr uzunluğunda dəmir yolu xətti inşa edilir: “Bu xəttin inşasının altı aya yekunlaşması gözlənilir. Məhsulun ixracı ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılır. Əvvəlcə ixrac böyük tonnajlı avtomobillər vasitəsilə həyata keçiriləcək. Lakin həcmin çoxluğu və müəyyən qənaət baxımından dəmir yolu sərfəli olduğundan ona daha çox üstünlük veriləcək”.

Karbamidin qiyməti ilə bağlı X.Cəfərov qeyd edib ki, hazırda Qara dəniz bazarında karbamidin bir tonunun qiyməti 320-350 dollardır və bunun artacağı gözlənilir: “Qiymətlər beş il əvvələ nisbətən azalıb. Bu isə yeni karbamid zavodlarının inşasına görə bazarda böyük həcmdə təklifin olması ilə əlaqədardır. Lakin düşünürük ki, bundan sonra təklif azalmağa doğru gedəcək. Bu da qiymətin artımına gətirib çıxaracaq”.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir və bu həcmin 70 faizi ixrac üçün nəzərdə tutulur. Nəticədə ölkəyə hər il 160 milyon ABŞ dollarınadək əlavə gəlir gələcək.

Hər gün YUMURTA yeyənlər, DİQQƏT! - Bu şəxslərə OLMAZ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR