Amerikalıların yarıdan çoxu "şatdaun"a görə Trampın məsuliyyət daşıdığını bildirib

Amerikalıların yarıdan çoxu "şatdaun"a görə  Trampın məsuliyyət daşıdığını bildirib
14:27 24 Yanvar 2019
24 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ vətəndaşlarının yarıdan çoxu ölkədə bəzi dövlət qurumlarının fəaliyyətini dayandırmasına görə məsuliyyətin çoxunun Prezident Donald Trampın üzərinə düşdüyünü hesab edir.Milli.Az report-a istinadən bildirir ki, bunu AP-NORC tərəfindən keçirilən sorğunun nəticələri göstərir.Belə ki, respondentlərin 60%-i "şatdaun"a görə daha çox Trampın, 36%-i respublikaçıların, 31%-i isə demokratların məsuliyyətin daşıdığını bildirib.Sorğuda iştirak edənlərin 65%-i "şatdaun"u ciddi problem hesab etdiyini, 26%-i isə bunun xırda çətinlik olduğunu açıqlayıb.Eyni zamanda, maliyyələşdirilməsi ilə bağlı problemlər üzündən "şatdaun"un baş verdiyi Meksika ilə sərhəddə divarın tikintisi məsələsində amerikalıların 49%-i bunun lehinə fikir bildirib, 36 faiz respondent isə divarın tikintisinə qarşıdır.Xatırladaq ki, Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün vəsait ayrılması məsələsi ilə əlaqədar dekabrın 22-də Konqresin yeni büdcə üzrə razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandıraraq"şatdaun" rejiminə keçiblər.D.Tramp Konqresin qərarına ehtiyac olmadan divarın maliyyələşdirilməsi üçün sərhəddə fövqəladə vəziyyətin tətbiqi üzərində düşünür. Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/724202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR