Aktrisa Didem Balçın estetik əməliyyatdan sonra tanınmaz hala düşüb.
Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, gözəllik mərkəzlərindən birində əməliyyat olunan aktrisanın üzünə yaralar çıxıb.
Belə ki, əməliyyat günü 36 yaşlı aktrisanın üzündə şiddətli ağrı və yanıqlar olub. Lakin həkim bunun iylərin təsirindən olduğunu və tezliklə keçəcəyini deyərək evə buraxıb. Terapevtik məqsədlə verilən dərman və kremlər istifadə edən Balçın üzündəki şişkinliyin yaralara çevrildiyini görüb. Dərhal gözəllik mərkəzinə zəng vuran Didem onu əməliyyat edən həkimin saxta olduğunu və işdən çıxarıldığını öyrənib.
Bundan sonra aktrisa gözəllik mərkəzinin rəhbərini və saxta həkimi məhkəməyə verib.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla