Türkiyənin tanınmış müğənnisi İlyas Yalçıntaş narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Metbuat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ankara Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında populyar sənətçi üçün ən azı 10 il azadlıqdan məhrumetmə cəzası tələb edilir.