Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentlyində Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirilib.Milli.Az report-a istinadən bildirir ki, agentlik sədri Zaza Vaşakmadze GMİ sədri, şeyx Hacı Ramin İgidovu və idarənin müftisi Hacı Yasin Əliyevi qəbul edib.Görüşdə Z.Vaşakmadze müsəlman icmasının qayğıları və GMİ-nin son illər həyata keçirdiyi fəaliyyətlə maraqlanıb. GMİ nümayəndələri planlaşdırılan tədbirlər barədə məlumat veriblər.Agentlik sədri idarəyə gələcək fəaliyyətində uğurlar arzu edib.Qeyd edək ki, R.İgidov ötən ilin dekabrında növbəti 5 il müddətinə GMİ-nin sədri seçilib.Milli.Az