“Facebook”, “Instagram” və “Whatsapp” birləşir?

“Facebook” şirkətinin rəhbəri Mark Zukerberq “Facebook Messenger”, “WhatsApp” və “Instagram Messenger” proqramları arasında qarşılıqlı əlaqə yaratmaq fikrindədir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp” müstəqil proqram olaraq qalacaq.

Amma əgər inteqrasiya planı uğurla həyata keçsə, hər üç tətbiqin istifadəçiləri bir-birilə ünsiyyət qura biləcək. Yəni, “Facebook Messenger”dən “WhatsApp”a ismarıc göndərmək mümkün olacaq, hətta həmin istifadəçi “WhatsApp” istifadəçisi olmasa belə.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR