“WhatsApp” istifadəçilərin problemlərini həll etmək üçün yenilik edib.
Metbuat.az xəbər verir ki, tətbiq canlı dəstək xidmətini istifadəyə verir. “WABetaInfo”nun məlumata görə, şirkət “WhatsApp”ın veb versiyasına “Canlı Dəstək” funksiyasını əlavə edəcək. İstifadəçilər “WhatsApp Web” vasitəsilə birbaşa müştəri xidmətləri ilə əlaqə saxlaya biləcəklər. Bildirilir ki, şirkət “WhatsApp Web”ə “Bizimlə əlaqə saxlayın” bölməsini əlavə edəcək. Bura daxil olanda “WhatsApp “dəstək komandası ilə əlaqə qurmaq mümkün olacaq. Yəni adi çatlarda olduğu kimi müştəri xidmətləri ilə də danışmaq mümkün olacaq.
Bildirilir ki, mesajlara əvvəlcə süni intellekt və ya avtomatik cavab verilə bilər. Ardınca canlı müdaxiləyə ehtiyac olarsa bu zaman şirkətin əməkdaşı danışacaq. Qeyd edək ki, hazırda “WhatsApp “dəstək komandası ilə əlaqə qurmaq çətindir.