Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 109-dan 114-ə çatıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 33 nəfərin isə xəstəxanalarda müalicəsi davam etdirilir. Bildirilir ki, yanıqların yetirdiyi zədələrdən 46 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 18-də Meksikanın Tlauelilpan rayonunda yanacaq sızması nəticəsində güclü partlayış baş verib.