Bakıda piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü tutuldu

Bakıda piyadanı avtomobillə vurub hadisə yerindən qaçan sürücü tutuldu
11:37 14 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də günorta saatlarında Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Bayramovu avtomaşınla vuraraq ona ağır bədən xəsarəti yetirib hadisə yerindən qaçan şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Eldar Əhmədov olduğu müəyyən olunub. Sürücü idarə etdiyi "VAZ 2106" markalı avtomobillə saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR