“Report” xəbər verir ki, hər il olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına əsasən, habelə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən fevral ayının 1-dən 5-dək ənənəvi olaraq “Gəncliyin səsi” festivalı keçiriləcək.
Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni istedadlı simaların aşkar olunması məqsədini daşıyır.
Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulub.