Bu barədə “Report”a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, bildirib ki, menecerlər tərəfindən onlara ukraynalı Aleksandr Rıbka, rusiyalı Artyom Leonov və serbiyalı Nikola Mitroviç təklif olunub.
A.Rıbka Türkiyənin I Divizionunda “Afyonspor”da çıxış edir. Son klubu Rusiya “Xaborovsk”u olan A.Leonov hazırda işsizdir. N.Mitroviç isə vətənində “Borats”ın formasını geyinir.
Baş məşqçinin sözlərinə görə, hazırda nigeriyalı Oke Akpovetanın transferi üçün də danışıq gedir. Nigeriyalı hücumçunun hazırda İsveçin “Eskilstuna” klubu ilə müqaviləsi var.
Qeyd edək ki, Akpoveta 2014-cü ildə “Rəvan”ın formasını geyinib.