Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyənin ticarət, eyni zamanda sənaye və texnologiya nazirləri ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkədəki səhifəsində qeyd edilib.
Bildirilib ki, Z. Qəhrəmanov ticarət naziri Ruhsar Pekcan, həmçinin sənaye və texnologiya naziri Mustafa Varank ilə görüşərək onlara SOCAR-ın Türkiyədəki investisiyalarının vəziyyəti və yeni planları barədə məlumat verib.
Zaur Qərhəmanov Türkiyənin ticarət, sənaye və texnologiya nazirləri ilə görüşüb