Bakı. 31 yanvar. REPORT.AZ/ “Ermənistanın ədliyyə naziri Artak Zeynalyan Mqer Yeqizaryanın ölümünə görə məsuliyyət daşıyır”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yanvarın 31-də Ermənistanın Əriklər Ölkəsi Partiyasının sədri, vəkil Zarui Postancanyan bildrib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyində özünü siyasi məhbus sayanlarn siyahısı olmalıdır: “Onlara xüsusi olaraq yanaşılmalıdır. Artak Zeynalyan bildirirdi ki, cəzaçəkmə müəssisələrində siyasi məhbus yoxdur. Ancaq məlum oldu ki, özünü siyasi məhbus sayanlar var. Həmin adamlar aclıq elan edirlər. Onlar diqqət mərkəzində olmalıdırlar”.
Qeyd edək ki, Erməni qartalları: Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yeqizaryan yanvarın 26-da Yerevanda “Nubaraşen” həbsxanasındakı kamerada ölüb. Onun 44 gün aclıq aksiyası keçirdiyi bildirilir.