[ 01 May 2015 13:33 ]
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov 2000-ci ilin may ayından fəaliyyətə başlayan şöbənin işindən, bu illər ərzində əldə etdiyi uğurlardan, mətbuatla münasibətlərdən bəhs edib. Rektor bildirib ki, "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" kitabı universitetin 15 illik fəaliyyəti barədə KİV-də işıqlandırılan materiallar əsasında hazırlanıb.
BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova çıxış edib. Tədbirdə jurnalistika fakültəsinin dekanı Şamil Əliyev, kafedra müdiri Cahangir Məmmədli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov və başqaları çıxış edərək universitet-mətbuat münasibətlərindən, şöbənin fəaliyyətindən danışıblar.
Tədbirdə bir neçə KİV rəhbərinə "BDU-ya informasiya dəstəyi" və "Universitetin dostu" mükafatları verilib. Mükafata alanlar arasında “APA Holding”in prezidenti Vüsalı Mahirqızı da var. V. Mahirqızı BDU haqda obyektiv, dolğun və davamlı məlumatlar yayımlanmasına, elmin təhsilin inkişafına göstərilən xidmətlərə görə "BDU-ya informasiya dəstəyi" mükafatı ilə təltif edilib.
Bir qrup jurnalist isə fəaliyyət göstərdikləri KİV-də BDU haqqında yazılarına görə mükafatlandırılıb. Mükafat alanlardan biri də APA-nın əməkdaşı Könül Kamilqızıdır.