Yeni alqoritm səs vasitəsilə texnikanın nasazlığını müəyyənləşdirməyə imkan verir

Yeni alqoritm səs vasitəsilə texnikanın nasazlığını müəyyənləşdirməyə imkan verir
15:35 1 Fevral 2019
Ölkə mətbuatı
A- A+

İsrailli mühəndislər səs vasitəsilə texnikanın nasazlığını müəyyənləşdirmək ideyası barədə düşünüblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, onlar mikrofonun əvəzinə vibrasiya, temperatur və maqnit dəyişikliklərinə həssas olan  simsiz sensorlardan istifadə etməyə qərar veriblər. Sözügedən sensorları sənaye soyuducularına və ya qızdırıcılara, həmçinin istənilən qurğuya quraşdırmaq olar.
 
Səs yazısı bulud sisteminə translyasiya edilir və orada süni intellekt alqoritmi tərəfindən emal edilir. Bundan sonra süni intellekt həmin səsi başqa səslərlə müqayisə edərək texnikanın vəziyyəti haqqında proqnoz verir.
 
Mühəndislər iddia edirlər ki, “Augury” süni intellekti texnikanın sıradan çıxması hallarının sayını 75% azaldır, işləmə müddətini 45% yüksəldir və xidmət haqqını 33% azaldır.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59009-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR