2 fevral gənclər günü münasibətilə 2018- ci ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşı Mədinə Əliyeva Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci " mükafatına layiq görülüb.
Metbuat.az xəbər verir ki, Mədinə Əliyeva 2018-ci il Türkiyədə keçirilən Beynəlxalq Kulinariya Çempionatının qızıl mükafatçısıdır.
Qeyd edək ki, 02.02.2019 - cu il tarixdə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə 2018-ci ildə uğurlu fəaliyyətə görə fərqlənən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması və "Gənclər paytaxtı - 2019" simvolik açarının təqdim olunması mərasimləri keçirilib.
Aysel Yaqubqızı / Metbuat.az
Azərbaycan nümayəndələri "Dünya Halal Sammiti"ndə iştirak edib - FOTOLAR