“Report” “Financial Times” saytına istinadən xəbər verir ki, seçkidə 49 yaşlı funksionerin yeganə rəqibi İsveçrə yığmasının sabiq futbolçusu Ramon Veqa olacaq. Onun FIFA-nın işindən narazı olan federasiyaların dəstəyini qazanmağa çalışdığı bildirilir.
FIFA prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix 5 fevraldır. Rəhbər posta seçki iyunun 5-də Fransanın paytaxtı Parisdə qurumun Konqresi çərçivəsində keçiriləcək.
Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralından FIFA-ya başçılıq edir.